Qərb İrəvanı buna inandırır: “standart” artıq yoxdur

Qərb İrəvanı buna inandırır: “standart” artıq yoxdur

Daxil olan məlumata görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa inandırır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qərb İrəvanı KTMT-dən çıxmaqla yanaşı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Bakı ilə sülh müqaviləsi imzalamağa çağırır.

Zaxarova bu günlərdə amerikalı siyasətçilərin, xüsusən də USAİD-in rəhbəri Samanta Pauer, dövlət katibinin köməkçisi Yuri Kim və Senat nümayəndə heyətinin Ermənistana aktiv səfərlərinə diqqət çəkib.

Rusiya XİN rəsmisi hesab edir ki, bu məqsədlərə çatmaq üçün Qərb insan haqları sahəsində öz dəyərlərini unudub, məsələn, Ermənistanda nümayişçilərin döyülməsi və həbs edilməsinə göz yumur:

“Əgər ABŞ İranda baş verənləri görübsə, deməli, heç olmasa İrəvanda baş verənləri də görməli idi. Lakin ABŞ susur. Bu, hətta ikili standartlar deyil, bu, standartların olmaması, öz demokratik dəyərlərinin pozulmasıdır, əslində isə suveren dövlətin işlərinə qarışmaqdır”.

Teqlər: