Qərb İranı buna görə bağışlamayacaq – Arestoviç

Qərb İranı buna görə bağışlamayacaq – Arestoviç

Rusiya ordusunun İranın PUA-nın istifadə edərək Ukrayna şəhərlərinə hücumu Qərb ölkələrindən layiqli cavab alacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“İranın özünü Rusiyaya yardım etməyə məcbur etməsi Qərbdə, xüsusən də ABŞ-da çox yaxşı qeyd olundu, buna reaksiya da olacaq. İran buna görə bağışlanmayacaq”, – A.Arestoviç söyləyib.

Qeyd edək ki, Rusiya son vaxtlar İran PUA-larından Ukraynadakı əməliyyatlarda aktiv şəkildə istifadə etməyə başlayıb.

Teqlər: