Qərb ABŞ və Kiyevin Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətinin şərtlərini araşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının komissiyasının yaradılmasından qorxur.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Layihə ilə bağlı 2 raund məsləhətləşmələr apardıq, lakin keçmiş Qərb tərəfdaşlarımızdan Rusiyanın təbliğatına dair yalnız köhnə tezislər eşitdik və təqdim etdiyimiz sübutların guya kifayət qədər inandırıcı olmadığı bildirildi”, – Polyanski vurğulayıb.
Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynada hərbi bioloji fəaliyyətlərin araşdırılması üzrə komissiyanın yaradılmasına dair qətnaməsini qəbul etməmişdi.