Azərbaycanlı hakim ilk dəfə ÇL matçını idarə etdi

Azərbaycanlı hakim ilk dəfə ÇL matçını idarə etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib.

AzerTimes xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçirilən VI tur matçında ədaləti qoruyub.

Ə.Ağayev 1:1 hesabı ilə başa çatan görüşdə 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən iki, qonaqlardan da iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Teqlər: