Qərb BMT-nin fundamental prinsiplərini pozur – Lavrov

Qərb BMT-nin fundamental prinsiplərini pozur – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib.

AzerTimes xəbər verir ki, bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.

“Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə olaraq bir sıra iqtisadi inkişaf etmiş dövlətlər hesab edirlər ki, öz maraqlarına uyğun olaraq prinsipləri poza, manipulyasiya edə bilərlər. Real işdə ölkələr arasında bərabər hüququ bərpa etmək lazımdır”, – S.Lavrov deyib.

Teqlər: