“Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib

Xəbər - Çingiz Səfərli – Trend:

“Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib.

AzerTimes-ın məlumatına görə, konfransda Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, rəüəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edib.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli iqtisadiyyatın rolu, enerji, maliyyə, ərzaq, nəqliyyat-logistika və kiber-təhlükəsizliyin təmin olunması, Azərbaycanda demoqrafik trendlər və sabitliyin əsası olan orta təbəqənin formalaşması, milli iqtisadiyyatın ordu quruculuğunda rolu, müdafiə sənayesinin inkişafı və digər mövzularda məruzələr dinlənilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və dövlət-xalqordu birliyi şəraitində “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində milli iqtisadiyyatın özünəməxsus rolu olduğu vurğulanıb.

Qeyd olunub ki, müstəqilliyimizin maddi əsası olan və regionun ən rəqabətədavamlı iqtisadiyyatı kimi qiymətləndirilən Azərbaycan iqtisadiyyatı istər milli təhlükəsizlik və onun əsas komponenti olan ordu quruculuğu, istərsə də postkonflikt quruculuğunun maddi yükünü öz çiyinlərində daşıyır.

Teqlər: