Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)

Müdafiə nazirinin tapşırığına əsasən faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə münasibətilə mayın 8-də Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakı ilə iməcilik təşkil olunub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ikinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə rayon və şəhərlərdə ucaldılmış abidələr ətrafında və “Qardaşlıq məzarları”nın ərazisində təmizlik işləri görülüb, müxtəlif növ ağaclar, gül kolları əkilib və yaşıllıq zolaqları salınıb.



Teqlər: