Qələbəni Ali Baş Komandana həsr etdilər – Nazir

Qələbəni Ali Baş Komandana həsr etdilər – Nazir

Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atıb.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, yarışın son günündə Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb:

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazanıb”.

Teqlər: