Qəhvənin uşaq orqanizminə təhlükəsi

Qəhvənin uşaq orqanizminə təhlükəsi

12 yaşdan kiçik uşaqlar kofein qəbul etməməlidir. 12 yaşdan 18 yaşa qədər olan uşaqlar gündə 100 mq-a qədər kofein istehlak edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Amerika Pediatriya Akademiyasının araşdırmasında qeyd olunur.

Kofein qəhvənin, enerji içkilərinin, sodanın tərkibində var. Valideynlər əminliklə deyir ki, südlü qəhvə uşaq üçün təhlükəsizdir. Əslində isə qəhvə uşaq üçün minimal miqdarda zərərsizdir. Uşaqların bədəni daha kiçikdir, pisixikası yenicə formalaşır. Qəhvə uşaq psixikasını məhv edir və beyin inkişafına mane olur.

Araşdırmalar göstərir ki, tez-tez kofein qəbulu uşaqlarda stress, narahatlıq və depressiya hallarını artırır. Qəhvə içmək tez bir zamanda qırılması çətin olan vərdişə çevrilir. Asılılığı aradan qaldırmaq üçün uşaq yorğunluq, qeyri-sabit əhval-ruhiyyə, konsentrasiyada çətinlik və baş ağrıları ilə mübarizə aparmalıdır.

Qeyd edək ki, ürək xəstəlikləri, qıcolmalar və miriozlu uşaqlar 22 yaşına qədər kofein qəbul etməməlidir.

Teqlər: