Qəhrəmanmaraş valisi Azərbaycana təşəkkür etdi – Video

Qəhrəmanmaraş valisi Azərbaycana təşəkkür etdi – Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

FHN-dən AzerTimes-a bildirilib ki, bu çərçivədə, Türkiyə Respublikasının Qəhrəmanmaraş rayonu valisi Ömər Faruk Coşqun fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Görüşdə zəlzədən ciddi ziyan çəkmiş Qəhrəmanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.

Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Teqlər: