Qədim Alban məbədi nə zaman bərpa olunacaq?

Qədim Alban məbədi nə zaman bərpa olunacaq?

Xəbər verdiyimiz kimi, Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən IV-V əsrlərə aid Bideyiz məbədi məhv olmaq üzrədir.

Məsələ ilə bağlı AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, hazırda ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinqlər aparılır:

“Onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər görüləcəkdir”.

Teqlər: