Qəbul üçün nə qədər plan yeri boş qalıb?

Qəbul üçün nə qədər plan yeri boş qalıb?

Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı çox azdır.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul üçün hazırda təxminən 2 400 plan yeri boş qalıb:

“Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayan abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb”.

Teqlər: