Qəbul imtahanının nəticələri iki həftəyə elan olunacaq – DİM

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 iyulda keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

DİM-dən AzerTimes-a verilən məlumata görə, iyulun 16-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Teqlər: