Qəbələdə yanğın başladı: helikopter cəlb olundu

Qəbələdə yanğın başladı: helikopter cəlb olundu

Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Teqlər: