Qəbələdə qanunsuz ov edən şəxs saxlanıldı

Qəbələdə qanunsuz ov edən şəxs saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

Teqlər: