Qəbələdə polis qəzaya düşdü

Qəbələdə polis qəzaya düşdü

Qəbələdə polis yol qəzasında xəsarət alıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi VAZ-2107, Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 və Ələsgər Mikayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü – M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: