Qəbələdə meşə ərazisində yanğın hadisəsi baş verib

Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın
hadisəsi baş verib.

AzerTimes-ın
məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün
çalışırlar.

Teqlər: