Qəbələdə maşın dərəyə aşdı: ölən var

Qəbələdə maşın dərəyə aşdı: ölən var

Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi QAZ-3110 markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: