Qəbələdə kolluqdan avtomat tapıldı

Qəbələ Rayon Polis Şöbəsinə Bum qəsəbəsindəki kolluq ərazidə şübhəli bağlamanın olması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan bir ədəd avtomat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: