Qəbələdə ev yanıb

Qəbələ şəhərində ümumi sahəsi 143 kv.m olan ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, ev əşyaları 100 kv.m sahədə və dam örtüyü yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: