Qəbələdə ev yandı

Qəbələdə ev yandı

Qəbələ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: