Xəbər - Samir Əli – Trend:
Qəbələdə 23 yaşlı qadının qətli ilə bağlı bir nəfər
saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-ın
sorğusuna cavab olaraq bildirilib ki, martın 5-də Qəbələ rayonunda
Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon
prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın
saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb,
hazırda istintaq və əməliyyat – axtarış tədbirləri davam
etdirilir.