Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında Akrobatika
Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qaliblər və mükafatçılar 13-19 yaş
kateqoriyasında müəyyən edilib.

Kişi cütlüklər arasında birinci yeri Rusiyalı idmançılar, ikinci
yeri Qazaxıstanlı idmançılar, üçüncü yeri isə Belçikalı idmançılar
tutub.

Qadın cütlüklər arasında birinci Rusiyalı gimnastlar, ikinci
yeri İsrailli gimnastlar, üçüncü yeri isə Qazaxıstanlı gimnastlar
tutub.

Kişi qrupları arasında birinci yeri Böyük Britaniya komandası,
ikinci yeri Rusiya komadası, üçüncü yeri isə İsrail komandası
tutub.

Qadın qrupları arasında qızıl medalı Azərbaycan gimnastları,
gümüş medalı Belçika gimnasları, bürünc medalı isə Rusiya
gimnastları qazanıb.

Qarışıq cütlüklər arasında birinci yeri İsrailli idmançılar,
ikinci yeri Portuqaliyalı idmançılar, üçüncü yeri isə Rusiyalı
idmançılar tutub.

Teqlər: