“Qəbələ” “Kəpəz”i məğlub edə bilmədi

“Qəbələ” “Kəpəz”i məğlub edə bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

AzerTimes xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Kəpəz”i qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.

Xallarının sayını 17-yə çatdıran “qırmızı-qaralar” hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik “Kəpəz” 8-ci sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək. Tura oktyabrın 23-də “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Teqlər: