“Qəbələ” “Kəpəz”i darmadağın etdi

“Qəbələ” “Kəpəz”i darmadağın etdi

Avqustun 21-də futbol üzrə Misli Premyer Liqasının üçüncü turunda “Kəpəz” və “Qəbələ” klubları üz-üzə gəlib.

AzerTimes xəbər verir ki, görüşdə “Qəbələ” 0:3 hesabı ilə qalib gəlib.

Qarşılaşmada qolları Məqsəd İsayev (18), Ramon Maçado (27) və Rövlan Muradov (57) vurublar.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Qəbələ” liderliyə yüksəlib. Liqanın 3 görüşünün hamısında uduzan “Kəpəz” isə 9-cu yerdədir.

Teqlər: