Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda bildirilib.
Vurğulanıb ki, yoxlama nəticəsində polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, Qəbələ rayonu Vəndam qəsəbəsində sərxoş vəziyyətdə maşın idarə edən, daha sonra isə polisə müqavimət göstərən S.Ağayev və onun yaxınları, o cümlədən yetkinlik yaşına çatmayan şəxslə bağlı cinayət işi açılıb.