Qəbələ hazırlığa Varşavada başladı

Qəbələ hazırlığa Varşavada başladı

  UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la qarşılaşacaq Qəbələ Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.  

II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib.

İyulun 21-də Belostokdan paytaxta yollanan komanda hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. “Qəbələ” bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. “Qırmızı-qaralar” sabah Yunanıstana yollanacaq. Komanda iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.