“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
AzerTimes , Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv I mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Polyud” stadionundakı görüş “qırmızı-qaralar”ın 0:3 hesablı məğlubuiyyəti ilə başa çatıb.
Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Yere Vrçiç, 51-ci dəqiqədə Marun Kalusiç və 83-cü dəqiqədə Kresimir Nazor vurub.
Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə keçiriləcək.