Rusiya daha Ukraynaya hərbi birləşmələr göndərmir

Rusiya daha Ukraynaya hərbi birləşmələr göndərmir

Rusiyanın hərbi komandanlığı Ukrayna ərazisinə yeni, artıq formalaşmış birləşmələrin göndərilməsini dayandırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Vəziyyətə ölənlərin faktiki sayı barədə məlumatlar təsir edir, özəl hərbi şirkətlərdən və müvəqqəti işğal olunmuş ərazilərdən səfərbər olunanların itkiləri nəzərə alınmır. Vəziyyət öz yaralılarına ümumi münasibət səbəbindən pisləşir. Xüsusilə, Rusiya xəstəxanalarında diaqnozlar və döyüş xəsarətlərinin xarakteri qəsdən sadələşdirilir, hərbi qulluqçuların döyüş bölgəsinə tez qayıtması üçün reabilitasiya üçün vaxt nəzərdə tutulmur”, – məlumatda qeyd olunub.

Teqlər: