“Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya “Sudja” qazölçmə stansiyası (GIS) vasitəsilə sutkada 41,2 milyon kubmetr qaz tədarük edir.
AzerTimes xəbər verir ki, bu barədə “Qazprom”un nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukrayna tərəfi “Soxanovka”dan nasosun çəkilməsi ilə bağlı müraciəti rədd edib.
Qeyd edək ki, Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.