“Qazprom” qaz hasilatını azaldıb

Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin əvvəlindən bu günədək
təbii qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz
azaldıb. Bu müddət ərzində şirkət 111,6 milyard kubmetr qaz hasil
edib.

Trend-in
məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Bu müddət ərzində şirkətin ixracı da 2021-ci ilin əvvəli ilə
müqayisədə 28,5 faiz azalaraq 30,7 milyard kubmetrə bərabər
olub.

Eyni zamanda, “Qazprom” martın 1-dən 15-dək müddət ərzində
Avropanın bir sıra ölkəsinə qaz ixracını ötən ilin eyni dövrü ilə
müqayisədə artırıb.

Belə ki, hesabat dövründə İtaliyaya qaz ixracı 51,7 faiz,
Polşaya 71,8 faiz, Xorvatiyaya 110,9 faiz, Yunanıstana 34,6 faiz,
Bolqarıstana 24,4 faiz, Türkiyəyə 21,1 faiz artıb.

Teqlər: