“Qazprom” bu ölkəyə də qaz nəqlini dayandırdı

“Qazprom” bu ölkəyə də qaz nəqlini dayandırdı

Rusiyanın “Qazprom” şirkəti Latviyaya təbii qaz nəqlini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Şirkət təbii qazın daşınması ilə bağlı tələbləri yerinə yetirmədiklərini əsas gətirərək sözügedən ölkəyə qaz nəqlini dayandırdığını açıqlayıb.

Qeyd edək ki, “Qazprom” bundan əvvəl rublla ödəniş etmədikləri üçün Polşa, Bolqarıstan, Danimarka, Finlandiya və Hollandiyaya təbii qaz nəqlini dayandırmışdı.

Teqlər: