Rusiyanın “Qazprom” şirkəti Şimal Axını kəməri vasitəsilə Qərbə gedən qazın həcmini azaldıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, texniki səbəblərdən dolayı “Siemens” qaz turbini vasitəsilə qazın verilişi dayandırılacaq:
“Bununla əlaqədar iyulun 27-də Şimal Axını qaz kəmərinin sutkalıq ötürmə qabiliyyəti 33 milyon kubmetr təşkil edəcək ki, bu da ümumi gücün 20%-ni təşkil edir”.