Qaziyə sinir nəql edildi, barmaqları işlədi – Foto

Qaziyə sinir nəql edildi, barmaqları işlədi – Foto

Vətən müharibəsi qazisi İbrahim Hüseynova sinir nəqli edilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan AzerTimes-a verilən məlumata görə, əməliyyat institutun direktoru Dr. Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyəsində sinir zədələnməsi baş verib.

ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulub. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib.

7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunub. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək.

Teqlər: