Qazaxıstanın səhiyyə naziri vəzifəsindən azad edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aleksey Tsoyun səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.


“Dövlət başçısının sərəncamı ilə Tsoy Aleksey Vladimiroviç Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, – deyə məlumatda bildirilir.