Britaniyada “omikron” ştammına 12 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 82 886 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 11 361 387 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 45 nəfər, hazırkı dövrədək isə 147 218 nəfər vəfat edib.

Qeyd edilir ki, son sutka qeydə alınan yoluxma hallarından 12 133-ü “omikron” ştammıdır və ölkədə bu ştamma yoluxanların sayı 37 101 nəfərə çatıb.