Qazaxıstanın Qızılorda vilayətində antiterror əməliyyatı keçirilir

Qazaxıstan təhlükəsizlik qüvvələri Qızılorda vilayətində əks-terror əməliyyatı keçirir, 168 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Xabar-24” televiziya kanalı bölgənin rəhbəri Gülşara Abdıkalikovaya istinadən bildirib.

Məlumata əsasən, Qızılorda vilayətində baş verən iğtişaşlar nəticəsində bir neçə inzibati binaya, o cümlədən akimlik (administrasiya), Nur Otan partiyası filialının binasına və məhkəmə binasına ziyan dəyib.


G.Abdıkalikova bildirib ki, hazırda 168 nəfər xəsarət alıb, onlardan 77-si xəstəxanaya yerləşdirilib. O, bütün vətəndaşları ictimai asayişə riayət etməyə və yalnız fövqəladə hallarda evlərini tərk etməyə çağırıb.