BMT-nin xüsusi nümayəndəsi Qazaxıstan XİN rəhbəri ilə telefon danışığı aparıb

BMT nümayəndələri ölkədəki vəziyyətlə bağlı Qazaxıstan hakimiyyəti ilə bir neçə dəfə əlaqə saxlayıblar, təşkilatın baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Natalya Qerman və respublikanın xarici işlər nazirinin müavini Akan Raxmetullin arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

O qeyd edib ki: “Sizə deyə bilərəm ki, BMT ilə Qazaxıstan hakimiyyəti arasında bir sıra təmaslar, o cümlədən BMT baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Nataliya Qerman və Qazaxıstan xarici işlər nazirinin müavini [Akan Raxmetullin] arasında telefon danışığı olub.

BMT baş katibinin ofisində qeyd olunub ki, Qazaxıstanda nümayişlər dinc şəkildə keçirilməlidir.