Qazaxıstanın əksər regionlarında antiterror əməliyyatı başa çatıb

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin 17 regionundan 14-də antiterror əməliyyatını başa vurublar.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildiriblər.


“Hazırkı dövr üçün Qazaxıstan Respublikasının 14 regionunda vəziyyət sabitləşib. Bu səbəblə Terrorla Mübarizə üzrə Respublika Operativ Qərargahı Nur-Sultan, Çimkənd, Akmola, Aktobe, Atırau, Şərqi-Qazaxıstan, Qərbi-Qazaxıstan, Karaqanda, Qızılorda, Kostanay, Manqistau, Pavlodar, Şimali-Qazaxıstan və Trüküstan vilayətlərinin şəhərlərində antiterror əməliyyatının başa çatması və terror təhlükəsinin kritik qırmızı səviyyəsinin ləğv edilməsi barədə məlumat verir”, – deyə Milli Təhlükəsizlik Komitəsindən bildiriblər.