Qazaxıstanın Atırau Universitetinin baş müəllimi AzMİU-da mühazirə oxuyub (FOTO)

Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau
Universitetinin baş müəllimi Dinara Axmurzina iki həftə müddətində
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin
iqtisadiyyatı və menecment kafedrasında tədris və elmi-tədqiqat
sahəsində aparılan işlər üzrə təcrübə mübadiləsi keçib. Kafedranın
müdiri, professor Məhəbbət Məmmədov və kafedra əməkdaşları
D.Axmurzinaya menecment və biznesin iqtisadiyyatı və idarə edilməsi
ixtisasları üzrə təhsilin bakalavr və magistr səviyyəsində dövlət
standartları və tədris planlarına uyğun mütəxəssis hazırlığı
istiqamətində universitetdə aparılan işlər barədə ətraflı məlumat
verib. Eyni zamanda qonaq kafedranın müəssisə və təşkilatlarla
təhsil-elm-istehsalat, innovasiya sahəsində həyata keçirdiyi
tədbirlər, bağlanmış müqavilələr və onların icrası ilə bağlı da
məlumatlandırılıb.

Təcrübə mübadiləsi müddətində D.Axmurzina kafedranın dosentləri
Elşad Yusifov, Fidan Məmmədova, Ələsgər Əliyev və Aytən Abasovanın
mühazirə və məşğələ dərslərində iştirak edib. O, video rolik
vasitəsilə Atrau universiteti haqqında tələbələrə məlumat verib və
universitetlərarası əməkdaşlıq perspektivlərindən danışıb.

Bakıda olduğu müddətdə kafedra əməkdaşları qazaxıstanlı
həmkarlarını paytaxtın tarixi abidələri, Bakı bulvarı, Qənimətlər
parkı, İçərişəhər, Qız qalası, Xalça muzeyi, Bakı milli zooparkı,
Şirvanşahlar sarayı ilə tanış ediblər.

Teqlər: