Qazaxıstanda Silahlı Qüvvələr tərkibində Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı təsis edilib.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.
Qeyd olunur ki, yeni struktur Qazaxıstanın milli təhlükəsizlik sisteminin fəaliyyətinin təkmilləşdirilməsini təmin edəcək.
Fərman imzalandığı gündən etibarən qüvvəyə minir.