249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib

Xəbər - Humay Ağacanova – Trend:

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr mövzusunda mətbuat konfransı zamanı Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, ilkin hesablamalara görə, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 19 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 541 nəfərini uşaqlar təşkil edib.


Belə ki, 18 yaşdan yuxarı 7 153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5 700, oftalmologiya üzrə 3 277, urologiya üzrə 1 356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub”, – deyə o bildirib.

A.Əhmədova həmçinin bildirib ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Teqlər: