Marat Axmetjanov Qazaxıstanın yeni daxili işlər naziri təyin
edilib.
Trend-in
məlumatına görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev
fərman imzalayıb.
O, bundan əvvəl Qazaxıstanın Korrupsiya ilə Mübarizə
Agentliyinin sədri vəzifəsində işləyib.
Eyni zamanda digər fərmanla Yerlan Turqumbayev daxili işlər
naziri vəzifəsindən azad edilərək prezidentin müşaviri təyin
edilib.