Qazaxıstanda Türkiyə PUA-sı istehsal olunacaq

Qazaxıstanda Türkiyə PUA-sı istehsal olunacaq

Hazırda Türkiyə şirkətləri ilə Qazaxıstanda PUA istehsalı üzrə müştərək müəssisənin yaradılması istiqamətində iş aparılır.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Kamaləddinov deyib.

O bildirib ki, son silahlı münaqişələrin təhlili PUA-dan istifadənin aktuallığını göstərir:

“Biz bunu başa düşürük və müvafiq tədbirlər görürük. Bu gün İsrail və Çində istehsal olunan PUA-larımız var, türk şirkətləri ilə birgə müəssisə yaratmaq istiqamətində işlər gedir. Amma məncə, müvafiq dövlət qurumu tərəfindən buna daha aydın münasibət bildiriləcək”.

Teqlər: