Qazaxıstanda son sutkada koronavirusa 2 076 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 076 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 330 071 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 1 366 olmaqla 281 708 nəfər sağalıb, 3 762 nəfəri isə vəfat edib.

Teqlər: