Qazaxıstanda silah mağazasında partlayış baş verdi

Qazaxıstanda silah mağazasında partlayış baş verdi

Qazaxıstanın Kostanay şəhərində silah mağazasında barıtın düzgün idarə olunmaması partlayışa səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

“Silah mağazasında partlayış oktyabrın 3-də baş verib. Hadisə nəticəsində xəsarət alan 11 nəfərdən 4-ü ölüb. Onların hər biri mağaza işçiləri olub. Partlayış nəticəsində yaxınlıqdakı ticarət obyektləri və yaşayış binalarına da ziyan dəyib”, – məlumatda deyilir.

Teqlər: