Bakı metrosunda qəza: xəsarət alanlar var

Bakı metrosunda qəza: xəsarət alanlar var

Bakı metrosunda sərnişinlər xəsarət alıblar.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

Teqlər: