Qazaxıstanda rusiyalı iş adamı axtarışa verildi

Qazaxıstanda rusiyalı iş adamı axtarışa verildi

Rusiyalı iş adamı və sənayeçi Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə Almatı Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, o, qətl təşkil etməkdə şübhəli bilinir:

“Yanvarın 30-da müttəhim qətlin təşkilində şübhəli şəxs qismində tanınıb. Həmin şəxs barəsində məhkəmənin hökmü ilə qiyabi həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib”.

Qeyd edək ki, Mixail Sutyaginski Rusiyanın əsas iş adamlarından və sənayeçilərindən biridir. O, Rusiya Dövlət Dumasının deputatı olub.

Teqlər: