Qazaxıstanda parlament seçkiləri keçirilir

Qazaxıstanda parlament seçkiləri keçirilir

Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər keçirilir.

AzerTimes xəbər verir ki, seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, Qazaxıstanda seçici aktivliyi 30.65 faiz təşkil edib.

Hazırda seçkidə “Amanat” (keçmiş Nur Otan), “Aul”, “Ak jol”, Qazaxıstan Xalq Partiyası (QXP) və Milli Sosial Demokrat Partiyası (MSDP), “Baytak” və Respublika Partiyaları iştirak edir.

Teqlər: