Qazaxıstanda koronavirusun Nigeriya ştammı aşkar edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Qazaxıstanda koronavirusun “eta” və ya Nigeriya ştammına yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy deyib.

Onun sözlərinə görə, ölkədə iyul-avqust aylarında yoluxma hallarının təhlili göstərib ki, koronavirus xəstələrinin 5,2 faizi “eta” ştammının daşıyıcısı olub.

Nazir bildirib ki, həmin ştamm Qazaxıstanın 4 regionunda qeydə alınıb.

Ümumuilikdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, sentyabrın 15-ə olan vəziyyətə görə, Nigeriya ştammı 77 ölkədə müəyyən edilib.